Modern.az

Patruşev Qərbi hədələdi: Ukraynadakı məqsədə çatacağıq

Patruşev Qərbi hədələdi: Ukraynadakı məqsədə çatacağıq

Güncel

12 Sentyabr 2022, 16:04

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Qərbin səylərinə rəğmən rəsmi Moskva Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olacaq.


Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, N.Patruşev bu barədə bazar ertəsi Sibir Federal Dairəsində keçirilən iclasda bildirib.
 

N.Patruşevun sözlərinə görə, Ukrayna ətrafında baş verənlər göstərir ki, ABŞ və onun müttəfiqləri münaqişəni uzatmağa çalışırlar.  


"Lakin Qərbin Ukraynadakı nasist rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı görünməmiş sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq", - Patruşev vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı