Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

Aktual

13 Sentyabr 2022, 14:28

Sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılır.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, təmir işləri yalnız gecə saatlarında icra olunacaq:

 

"Təmir işlərinin həftəsonuna qədər (18 sentyabr) yekunlaşdırılması nəzərdə tutulur. Qeyd olunan müddət ərzində ərazidə tam deyil, qismən məhdudlaşma tətbiq olunacaq.

 

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı