Modern.az

Prezident Azərbaycan xalqına başsağlığı verdi

Prezident Azərbaycan xalqına başsağlığı verdi

Aktual

13 Sentyabr 2022, 20:49

Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib. 

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

 

Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin qanı yerdə qalmadı!”.

 

1167826

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı