Modern.az

Azyaşlının polis tərəfindən döyülməsi araşdırılır

Azyaşlının polis tərəfindən döyülməsi araşdırılır

مورد توجه

21 Sentyabr 2022, 19:47

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlaxda orta məktəb şagirdinə polis kapitanı tərəfindən fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şəhərin S.Əliyev adına 1 saylı tam orta məktəbinin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı