Modern.az

Tokayevin rəqibləri - Namizədlərdən üçü xanımdır

Tokayevin rəqibləri - Namizədlərdən üçü xanımdır

Aktual

12 Oktyabr 2022, 12:00

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyə namizədlərin sənədlərinin qəbulu prosesini başa çatdırıb.

 

Modern.az xəbər verir ki, MSK-nın katibi Muxtar Yerman komissiyanın iclasında 12 namizədin sənədlərinin quruma təqdim edildiyini bildirib.

 

“Oktyabrın 11-də yerli vaxtla saat 18:00-da prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başa çatıb. Respublika ictimai birlikləri tərəfindən irəli sürülən 12 namizədin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib”, - qurum rəsmisi deyib.

 

Məlumatda qeyd olunub ki, MSK artıq beş iddiaçının - Kasım-Jomart Tokayevin, Nurlan Auesbayevin, Meyram Kajıkenin, Jiquli Dayrabayevin və Karakat Abdenin prezidentliyə namizədliyinin qanunun tələblərinə uyğun olduğunu qəbul edib. Qurum yaxın vaxtlarda digər namizədlərin sənədlərini yoxlayacaq.

 

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkilərin noyabrın 20-də keçiriləcək. Prezidentliyə namizədlərin qeydiyyatı oktyabrın 21-də başa çatacaq, seçki kampaniyası noyabrın 18-dək davam edəcək, noyabrın 19-da isə ölkədə sükut günü olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı