Modern.az

Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Aktual

14 Oktyabr 2022, 00:05

Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar həbs oluna bilər.

 

Modern.az xəbər verir ki, 30 yaşlı hücumçunun transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti onun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.

 

İddiaya əsasən, təcrübəli forvard "Barselona" klubunda çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.

 

Qeyd edək ki, Neymar 2013-cü ildə 88 milyon avro təzminat qarşılığında "Santos" klubundan "Barselona"ya keçib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı