Modern.az

Deputat seçicilərin problemlərini dinlədi

Deputat seçicilərin problemlərini dinlədi

Current

14 Oktyabr 2022, 13:48

Deputat Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində növbəti dəfə seçiciləri ilə görüşüb.

Qəbuldan öncə baş tutan görüşdə deputat Milli Məclisdə görülən işlər barədə seçicilərini məlumatlandıraraq onların çoxsaylı suallarını cavablandırıb. Sonradan  qəbul üçün qeydiyyatdan keçmiş 106 nəfər vətəndaş deputat tərəfindən təkbətək qəbul edilib.

Qəbulda Quba,Xaçmaz,Şabran rayonlarının,eləcə də Bakı şəhərinin sakinləri iştirak edib.

Qəbul zamanı qaldırılan məsələlərin əsasını torpaq mübahisələri,əlilliyin müəyyən edilməsi üçün həkim komissiyalarının rəyinin dəqiq olmaması, işsizlik, pensiyaların təyini,bank-kredit problemləri,yığılan meyvə məhsullarının satışı və emalı sahəsində yaranan problemlər,məhkəmə qərarlarının icrası zamanı baş verən qanun pozuntuları,ailə-məişət problemləri,maddi yardım və digər bu kimi məsələlər təşkil edib. Qəbulda həmçinin, İkinci Qarabağ müharibəsi qazi və veteranları iştirak edib və onlar veteran statusunu təsdiq edən  sənədin alınmasında yaranan çətinlikləri deputata bildirib, deputat da bu məsələni aidiyyəti orqanların diqqətinə çatdıracağını bildirib.

Xaçmaz rayonundan gələn vətəndaş Səbuhi Ağayev  qardaşının sülhməramlı qoşunların tərkibində İraqa hərbi xidmətdə olarkən vəfat etdiyini və 14 ildir ona şəhidlik statusunun verilməməsi barədə deputata öz narahatlığını bildirib və bu məsələyə baxılaraq şəhid statusu haqqında qanunda bu kimi məsələlərin də nəzərə alınmasını deputatdan xahiş edib.

Qəbul zamanı deputat Quba rayon İcra Hakimiyyətinin başçısının vəzifələrini müvəqqəti icra edən birinci müavin  ilə görüşüb, vətəndaşları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qəbul zamanı bir çox məsələlər yerindəcə öz həllini tapmış və icrası mərkəzi icra hakimiyyətləri ilə bağlı olan digər məsələrin həlli üçün köməkşiyə müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra millət vəkili Bakıya geri dönərkən Bakı-Quba yolunda aparılan yenidənqurma işləri ilə yerindəcə tanış olub, bu yolun noyabr ayının sonunadək istifadəyə veriləcəyi barədə məlumat alıb.

Növbəti qəbul noyabr ayına planlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı