Modern.az

İndiyədək 3342 nəfər mina partlayışlarında ölüb

İndiyədək 3342 nəfər mina partlayışlarında ölüb

Aktual

19 Oktyabr 2022, 15:56

“Ermənilər qəbiristanlıqları, su kanallarının, bulaqların ətrafını, bağları, əkin sahələrini minalayıb”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

 

Onun sözlərinə görə, dəmir yolları, elektrik xəttlərinin altından gedən yollar da minalanıb:

 

“Bu, məhz mülki insanların məhv olmasına hesablanmış minalardır. Birinci Qarabağ müharibəsindən indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı