Modern.az

Yol hərəkətinin təşkili üzrə Komissiyanın tərkibi DƏYİŞDİ

Yol hərəkətinin təşkili üzrə Komissiyanın tərkibi DƏYİŞDİ

Aktual

19 Oktyabr 2022, 20:49

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası”nın tərkibi dəyişib.

 

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

 

Qərara əsasən, Komissiyanın üzvləri siyahısına səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, elm və təhsil nazirlərinin müavinləri əlavə edilib.

 

Bundan əvvəl Komissiyanın tərkibi aşağıdakı kimidir:

 

Komissiyanın sədri

 

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

 

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı