Modern.az

DİN-dən sürücülərə hava XƏBƏRDARLIĞI

DİN-dən sürücülərə hava XƏBƏRDARLIĞI

Aktual

22 Oktyabr 2022, 17:22

Daxili İşlər Nazirliyi (DİN) qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib.

 

DİN-dən Modern.az-a verilən məlumatda bildirilib ki, sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş olunur.

 

"Sürücülərdən hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün yollarda polis əməkdaşlarının tələb və tövsiyələrinə əməl etmələri xahiş olunur", - müraciətdə deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı