Modern.az

İki günə 22 mindən artıq ağac əkilib

İki günə 22 mindən artıq ağac əkilib

Aktual

27 Oktyabr 2022, 18:30

“Payız ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin ümumilikdə 74  hektar sahəsində 42246 ədəd ağac tingi əkilib, 4358  kiloqram toxum səpilib”.

 

Modern.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

 

O qeyd edib ki, təkcə dünən və bu gün Qəbələ, Quba, Bərdə, Şabran, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Ağcabədi və Sabirabad rayonlarının meşə ərazilərinin 29 hektar sahəsində 22246 ədəd ağac tingi əkilib, 1358 kiloqram toxum səpilib. Əkilən ağac tingləri meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı