Modern.az

258-ci saatın möcüzəsi: Neslihan xilas edildi

258-ci saatın möcüzəsi: Neslihan xilas edildi

Aktual

16 Fevral 2023, 23:08

Türkiyənin Kahramanmaraş bölgəsində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, zəlzələnin baş verməsindən 258 saat sonra 42 yaşlı Neslihan Kılıç adlı qadın xilas edilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub.

 

Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib, 110 minə yaxın şəxs yaralanıb. Dəhşətli hadisənin baş verməsindən 11 gün keçməsinə baxmayaraq, hələ də dağıntılar altında qalanlar, itkin düşənlər var.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı