Modern.az

Azyaşlı qızın qulağından sırğanı oğurladı

Azyaşlı qızın qulağından sırğanı oğurladı

Aktual

1 Mart 2023, 10:52

Qobustanda azyaşlı qızın qulağından sırğanı oğurlayan qadın tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 14-də Qobustan qəsəbəsində yaşayan bir qadının evində aldadılaraq pulunun və geyim əşyalarının alınması, habelə qohumu olan azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanması barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Gülnarə Vəliyeva müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı