Mingəçevirdə Birinci Qarabağ müharibəsi iştirakçısının xəstəxanada ölməsi ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1971-ci il təvəllüdlü, Birinci Qarabağ müharibəsi iştirakçısı Natiq Həsənovun ötən il dekabrın 13-də Mingəçevir Regional Hospitalda vəfat etməsi barədə mərhumun arvadı Bənövşə Həsənovanın şikayəti əsasında hazırda Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.