Modern.az

Təhsil mütəxəssisləri UNEC-də müzakirəyə dəvət olunur

Təhsil mütəxəssisləri UNEC-də müzakirəyə dəvət olunur

Aktual

2 Mart 2023, 10:14

UNEC məzunlarının bacarıqlarının qiymətləndirilməsi məqsədilə “QEYRİ-AKADEMİK TRANSKRİPT” layihəsi hazırlanıb. 

 

Modern.az xəbər verir ki, məzunlara verilən “Akademik transkript” bilik səviyyəsini göstərsə də, onların bacarıqlarını göstərmir. Bunu nəzərə alaraq, məzunların bacarıqlarını qiymətləndirən “Qeyri akademik transkript” layihəsinin müzakirəsi keçiriləcək.

 

Layihənin müzakirəsi 7 mart, saat 10.00-da UNEC-in əsas tədris binasında keçiriləcək. Təhsil mütəxəssisləri həmin müzakirəyə dəvət olunurlar.

 

Müzakirədə iştirak etmək istəyən təhsil mütəxəssislərindən 070 292-38-88 nömrə ilə əlaqə saxlaması xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı