“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı ilə birgə, Goranboy şəhəri ərazisində ağacəkmə aksiyası keçirilib.
Modern.az xəbər verir ki, ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və YAP rayon fəalları iştirak ediblər.