Modern.az

Azərbaycan XİN Almaniyaya başsağlığı verdi

Azərbaycan XİN Almaniyaya başsağlığı verdi

Aktual

10 Mart 2023, 12:58

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.

 

XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib. “Yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda deyilir.

 

Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı