Modern.az

Silahlı insidentdə yaralanan şəxslərin son durumu - YENİLƏNİB

Silahlı insidentdə yaralanan şəxslərin son durumu - YENİLƏNİB

مورد توجه

10 Mart 2023, 17:10

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

 

Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.

 

***

15:42

 

Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralanan şəxslərin son durumunu açıqlayıb.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, hazırda yaralıların vəziyyəti stabildir.

 

"Yaralananların hər ikisinin vəziyyəti orta-ağır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”, - açıqlamada bildirilib.

 

Qeyd edək ki, bu gün Bakının Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.

Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB
Bu xəbər ilə bağlı
Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı