Modern.az

Azərbaycan informasiya savaşında balans yarada bildi - VİDEO

Azərbaycan informasiya savaşında balans yarada bildi - VİDEO

Current

10 Mart 2023, 15:45

“Dünyada hər zaman qütbləşmə olub. İndi qütblərin sayı da artmaqdadır. Hegemonluq edən, heç bir qüvvə ilə  hesablaşmaq istəməyən böyük dövlətlər sözsüz ki, kiçik və yeni qurulan ölkələrin böyüməsini istəmir”

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan radiosunun efirində yayımlanan “Günün nəbzi” verilişində bildirib.

 

Deputat bildirib ki, Azərbaycan regionda sülhün carçısı kimi çıxış edir.

 

“Artıq Bakıda X Qlobal Forumu keçirilir. Bu forumda ölkələrin təhlükəsizlik məsələsi, enerji problemləri müzakirə olunur. Bu Azərbaycanın dünyaya bir sülh cağrışıdır. Çox mötəbər şəxslərin bu forumda iştirakı dünyanın bu foruma marağından irəli gəlir” -deyə Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili əlavə edib ki, Bakı Qlobal Forumu beynəlxalq  məsələləri müzakirəyə çıxarıb ki, məhz buna görə yüzlərlə tanınmış siyasətçi bu foruma qatılıb.

 

“Azərbaycan bu forumu təşkil etməklə öz haqq səsini dünyaya çatdırır. 30 il ərzində informasiya savaşında ermənilər yanlış təsəvvür yaratmaq istəyirdilər. Amma bu gün Azərbaycan beynəlxalq tədbirlər təşkil etməklə informasiya savaşında balans yarada bildi” -deyə Cavanşir Feyziyev bildirib. Daha ətraflı videomatrealda:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı