Modern.az

Erkən nigah və boşanmanın səbəbləri araşdırılacaq

Erkən nigah və boşanmanın səbəbləri araşdırılacaq

Актуально

12 İyul 2013, 14:58

Erkən nigah qurmuş qadınlar arasında ailə hüquqları və öhdəlikləri sahəsində maarifləndirilmə tədbirləri keçirilir. Son illərdə ölkənin bütün sahələrində sürətli inkişaf getməsinə baxmayaraq, erkən nigahların artım tendensiyaları gözə çarpan qədər hiss edilməyə başlayıb.
Erkən nigaha daxil olan ailələrin bir çoxu vaxtında ailə qurmuşlardan fərqli olaraq daha çox boşanma və digər xoşagəlməz hadisələrlə nəticələnir. Hər iki tərəfdə də psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Məhz bu səbəbdən Ana və Uşaq Maarifləndirilməsi İctimai Birliyi “Erkən nigah qurmuş qadınların ailə hüquqları sahəsində maarifləndirilməsi” adlı layihəsinə start verir.

İctimai Birlikdək verilən məlumata görə, layihə Prezident Yanında Qeyri- Hökumət Təşkilatlarına Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Artıq layihənin hazırlıq mərhələsi bitib. Layihənin əsas məqsədi yerli icmaların bilikləndirilməsi, təhsildən yayınma və erkən nigaha qarşı mübarizə aparmaq, mövcud erkən nigahlı qadınlar arasında onların hüquqları, xüsusilə də ailə hüquqları və öhdəlikləri sahəsində maarifləndirmə işlərini təşkil etməkdən ibarətdir. Layihə iyun, iyul və avqust aylarını əhatə etməklə üç ay ərzində Şəmkir, Salyan və Hacıqabul rayonlarında həyata keçiriləcək.

Bölgələrdə “Erkən ailə qurmuş gənc analar və onların övladlarının sağlamlığı” və
erkən ailə qurmuş gənc analar üçün “Sənin Ailə hüquqların ” mövzusunda ekspertlər tərəfindən təlimlər keçiriləcək. Rayon rəhbərliyi və aidiyyatı orqanlar ilə dəyirmi masa təşkil olunacaq. Layihə Bakı şəhərində başa çatacaq.

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı