Modern.az

Ermənilərin “dolma hay-küyü“ Ginnesin Rekordlar Kitabına çatmadı

Ermənilərin “dolma hay-küyü“ Ginnesin Rekordlar Kitabına çatmadı

Aktual

14 İyul 2013, 12:28


Ernənistanda üçüncü dəfə dolma və ya ermənicə “tolma” festivalı keçirilib. Modern.az BBC-yə istinadən verdiyi məlumata görə, festivalda aşpazlar qarşısına qoyulan əsas tapşırıq dünyada ən uzun dolma bişirib, Ginnesin Rekordlar Kitabına düşə bilmək olub.

Festival iştirakçılarının hazirladığı “uzun dolmalar” arasında ən uzunu Yerevandakı “Karin” restoranında bişirilib. Çempion tanınan yarpaq dolmasının uzunluğu 7 m 4 sm olub.

Festivalın təşəbbüskarı və təşkilatçısı “Erməni aşpazlıq ənənələrinin inkişafı və qorunması” ictimai təşkilatıdır.

Dolma festivalı Ermənistanda ənənəvi olaraq ölkədə daha çox xarici qonağın olduğu “Qızıl ərik” Yerevan kino festivalı günlərində keçirilib.

Lakin ermənilərin gözlədiyinin əksinə olaraq bu il tədbirə maraq göstərən əcnəbilərin sayı çox az olub.
Hətta “Ginnesin Rekordları” qurumundan da tədbirdənümayəndə iştirak etməyib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı