Modern.az

HP-dən daha bir yenilik

HP-dən daha bir yenilik

مورد توجه

19 İyul 2013, 19:50

HP AZƏRBAYCAN mətbuatı qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib, Azərbaycanda  və dünyada şirkətin strategiyasını, həmçinin müxtəlif seqmentlər üçün yeni məhsullar təqdim edib.

Təqdimat mərasimi Hyatt Regency mehmanxanasında təşkil olunub. Mətbuat konfransını HP-nin Azərbaycan nümayəndəliynin icraçı direktoru İnarə Quliyeva açmışdır. O, Azərbaycanda və dünya bazarında şirkətin əsas strategiyası haqqında ətraflı məlumat vermişdir.

«HP İT sahəsində liderdir və bazarda əsas tendensiyaları müəyyən edir. Biz Azərbaycanın İT sahəsinin inkişafı üçün şirkətin qlobal təcrübəsindən istifadə etməkdə israrlıyıq», - İnarə Quliyeva, HP-nin Azərbaycan nümayəndəliynin icraçı direktoru. «Biz bütün regionlar üçün əhəmiyyətli olacaq layihələrin uğurla həyata keçirilməsinin böyük potensialını görürük».

Təqdimat mərasimində HP mətbuat nümayəndələrinə yeni SlateBook x2 və ElitePad 900 məhsullarını təqdim etdi.

«Biz istifadəçilərin ən üstün ehtiyaclarını ödəyəcək məhsul yaratmaq üçün çalışırıq. SlateBook x2 HP və 900 HP ElitaPad yaradaraq biz müştərilərimizin həm ofisdə, həmçinin də evdə məlumata maneəsiz çıxışını təmin etməyə çalışmışmışıq. Mobillik müasir dünyada səmərəliliyinin çox əhəmiyyətli bir meyarıdır" - Rasim Baxşı, HP şirkətinin fərdi və çap sistemlər qrupunun ölkə üzrə rəhbəri bildirmişdir.

Təqdim edilən məhsullar yüksək göstərəcilərə malikdir və asanlıqla daşına bilir. Eyni zamanda,  istifadəçilərin istəklərinə tezliklə uyğunlaşa bilir.

HP SlateBook x2 - NVIDIA Tegra prosessoru ilə təhciz olunmuş ayrılan klaviaturalı ilk kompüterdı. Bu cihaz daha yüksək keyfiyyətli HD video izləməyə imkan yaradır, oyunların daha real simulyasiyanı mümkün edir, internet səhifələrin sürətli yüklənməsini və tətbiqetmələrə daha sürətli çıxışı təmin edir.

HP yeni personal kompüterlərin maksimal funksionallığını təmin etmək üçün onları eksklüziv həll və xidmətlərlə təhciz edib. Bu, bütün dəstəkləyici mənbələrə və alətlərə sürətli çıxışı mümkün edir.

HP ElitePad 900 – biznes istifadəçilər üçün ultra-nazik dizayna malik güclü bir cihazdır. Sözsüz ki, bu cihaz həm İT menecerlər və korporativ istifadəçiləri tərəfindən çox böyük maraqla qarşılanacaq. Həmçinin HP ElitePad 900 ən geniş aksessuar siyahısını malikdir ki, bu da onun istənilən vəziyyətdə istifadəsinin rahatlığını bir daha təsdiq edir.

HP şirkəti haqqında

HP insanlara, biznes, hökumət və bütövlükdə cəmiyyətə texnologiyaların maksimal fayda gətirməsi üçün yeni imkanlar yaradır. HP sifarişçilərin tapşıqırıqlarını həll etmək üçün bu kimi HP məhsullar portfelinə özündə birləşdirir: printerlər, personal kompüterlər, proqram təminatı, HP şirkəti haqqında daha ətraflı məlumatı (NYSE, Nasdaq: HPQ) www.hp.com səhifəsindən əldə etmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı