Modern.az

IV qrupda 403 nəfər 600-dən çox bal toplayıb

IV qrupda 403 nəfər 600-dən çox bal toplayıb

Aktual

31 İyul 2013, 11:14

IV ixtisas qrupunda 403 nəfər 600-dən yuxarı bal toplayıb. Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O qeyd edib ki,  973 nəfər 500 baldan yuxarı, 1562 nəfər 400-dən yuxarı, 2187 nəfər 300-dən yuxarı, 2849 nəfər 200-dən yuxarı, 3203 nəfər 150-dən yuxarı nəticə göstərib. Eyni zamanda iki nəfər 700 bal toplayıb.

Qeyd edək ki, ali məktəblərə IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Aytən ƏLİYEVA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı