Modern.az

Çin vətəndaşı Bakıda faciəvi şəkildə öldü

Çin vətəndaşı Bakıda faciəvi şəkildə öldü

Aktual

2 Avqust 2023, 14:48

Bakıda Çin vətəndaşının faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi başlanıb.

 

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, avqustun 1-də, saat 8 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı