Modern.az

Gürcüstanda matəmdir

Gürcüstanda matəmdir

Aktual

7 Avqust 2023, 09:05

Bu gün Gürcüstanda matəm günüdür.

 

Modern.az xəbər verir ki, ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv olunub.

 

Qeyd edək ki, Gürcüstanın Raça dağlıq bölgəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Baş nazir İrakli Qaribaşvilinin sərəncamına əsasən avqustun 7-si matəm günü elan edilib.

 

Matəm avqustun 8-i saat 20:00-dək davam edəcək.

 

Faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışları davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı