Modern.az

Kür çayı üzərində yeni dəmiryolu körpüsü - FOTOLAR

Kür çayı üzərində yeni dəmiryolu körpüsü - FOTOLAR

Aktual

17 Avqust 2023, 17:37

Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

 

Məlumata görə, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir.

 

Hər iki körpünün layihələndirilməsi 100 % yerinə yetirilib, tikinti işlərinin 98 %-i yekunlaşıb. Bu körpülər dəmir yolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq.

 

Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı