Modern.az

Ukrayna xalqına yardım məsələlərini daim diqqətdə saxlayırıq - Prezident

Ukrayna xalqına yardım məsələlərini daim diqqətdə saxlayırıq - Prezident

Aktual

24 Avqust 2023, 11:17

Azərbaycan Prezidenti: Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayırıqİlham Əliyev
"Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk".

 

Modern.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda yer alıb.

 

"Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı