Modern.az

Uşaqlar buna görə intihar yolunu seçirlər - Nazirlə MÜSAHİBƏ

Uşaqlar buna görə intihar yolunu seçirlər - Nazirlə MÜSAHİBƏ

مورد توجه

31 Avqust 2023, 21:55

Qazaxıstanın informasiya və sosialinkişaf naziri Darhan Kıdıralı bu günlərdə bəşəriyyəti narahat edən sosial problemlər haqqında öz ölkəsinin saytlarına müsahibə verib. Müsahibədə soruşulan sualların bütün cəmiyyətlər və ölkələr, eləcə də Azərbaycan üçün aktual olduğunu nəzərə alaraq, həmin müsahibənin bəzi hissələrini oxucularımıza təqdim edirik.
 

Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darhan Kıdıralının müsahibəsini dilimizə jurnalist Aida Eyvazlı uyğunlaşdırıb:


Modern.az xəbər verir ki, nazir Darhan Kıdıralı əvvəlcə cəmiyyətdə müzakirə olunan məktəblilərin hicab geyinmək məsələsinə aydınlıq gətirib:
 

"Bir çox blogerlər, ictimaiyyət nümayəndələri öz səhifələrində hicab probleminin beynəlxalq aləmdə bütünlüklə həll olunduğunu yazmaqla, əslində cəmiyyətdə və insanlarda çaşqınlıq yaradırlar. Mən bu informasiyaları feyk sayıram. Çünki özünü sivil və demokratik sayan Avropa ölkələri, eləcə də Fransa, Avstriya hicabın müəyyən yaş dövrünə qədər örtülməsinə qadağa qoyub. Əlbəttə elə ölkələr var ki, orada buna qadağa yoxdur. Biz görürük ki, beynəlxalq təcrübə burada birmənalı deyil. Hər ölkə bu problemi öz qanunlarına, qaydalarına görə tənzimləyir. Yəni problemə yanaşma birmənalı deyil. Müxtəlif ölkələrin hicab məsələsində qəti qaydaları və təcrübələri vardır. Bu məsələdə bizim də öz Konstitusiyamız və sekulyarizmdən irəli gələn mövqeyimiz vardır. Qazaxıstanda din azadlığı hökm sürür, burada insanların dini seçiminə hörmətlə yanaşırlar. Mədrəsələrimiz, liseylərimiz var ki, burada qızlar da dini təhsil ala bilirlər. Təhsil verən qurumun əsas işi öyrətməkdir. Əsas odur ki, radikallaşmasınlar. Bizim təhsildə məqsədimiz uşaqlara elm və bilik öyrətməkdir. Hətta Quranın da ilk sözü “Oxu, öyrəndir!”. Din özü də təhsili dəstəkləyir və təbliğ edir. Əsas odur ki, bu məsələni siyasiləşdirmək olmaz. Biz görürük ki, belə məsələlərin siyasiləşdirilməsi və radikallaşdırılması Yaşın Şərqdə nələrə gətirib çıxardı".
 

Qazaxıstanlı nazir eyni zamanda qadınlara, qızlara qarşı olan şiddətdən, gənclərin bəzən intihar yolunu seçməsinə gətirən səbəblərdən danışıb:
 

"Siz bilirsiniz ki, qazaxlar çox sakit, mərhəmətli və süllhsevər xalqdırlar. Bayramlarda, ağır günlərdə qohuma, qardaşa və qonşuya, yetimə hər zaman əl tutub, mehriban olublar. İndi isə qlobal dünyada və bütün cəmiyyətlərdə zor və güc, şiddət çoxalıb. Bu çox acı bir həqiqətdir. Bu da insanlara təsirsiz ötüşmür. Məsələn, son 6 ayda gənclər tərəfindən 252 cinayət törədilib. Biz uşaqların ətrafını öyrənməliyik, onları qorumalıyıq. Əlbəttə, bu hallar bizi narahat etməyə bilməz.

Bizim ənənələrimizə, mədəni-məişət adətlərimizə görə, bəzən baş verən elə cinayətləri ailələr açıb-ağartmaq istəmirlər. Fikirləşirlər ki, qonum-qonşu, qohum-əqraba qarşısında biabır olacaqlar. Susmağa üstünlük verirlər. Ailədə uşaq da bundan psixoloji sarsıntı keçirir və onun psixologiyasında pozulmalar başlayır. Buna görə də uşaq əlacsız qalıb intihar yolunu seçir. Yaxın keçmişimizdə olduğu kimi, bu gün də valideyn uşağına çox diqqət göstərməlidir, yanında olmalıdır".
 

Darhan Kıdıralı müsahibəsində eyni zamanda gənclərin azart və qumar oyunlarına da meyillənməsinin çox pis nəticələr verdiyini qeyd edib. Və deyib ki, hazırda azart oyunlara cəlb edən klublar və qaydasız döyüş klubları da bağlanacaq. Nazir deyib:
 

"Bizim nazirlik monitorinq apararaq bu məsələni də araşdırdı. Məsələn, internet saytlarını deyim. 8 ay ərzində qanunsuz fəaliyyət göstərən 3 min azart oyun aşkar etmişik. Biz onlara xəbərdarlıq etdikdən sonra, həmin oyunları silmişik. Lakin onların hər gün çoxalması bizi narahat etməyə bilməz. Belə vərdişlərin çoxalmasının qarşısını almaq üçün yüngül qazanc dalınca qaçanların reklam bazarlarını bağlamaq lazımdır. Buna görə də bukmeyker şəbəkələri və azart oyunları təbliğatını birmənalı şəkildə bütün informasiya vasitələrindən yığışdırmaq lazımdır.

Bu epidemiya ilə bütün cəmiyyət olaraq elliklə mübarizə aparmalıyıq. Hazırda bu istiqamətdə kompleks işlər görürük.

Şiddət, zor oyunlarını təbliğ edən idman növlərinə də qadağa qoyacağıq. Çünki sosial şəbəkələrdə və internet saytlarında məktəblilər qaydasız döyüşləri maraqla izləyirlər. Və gördüklərini də adi həyatda tətbiq edirlər. Nəticədə qızlar bir-birini döyür və ya oğlanlar vəhşicəsinə davaya çıxırlar. Buna görə də zorakı münasibətlərdən qəddarlıq doğulur.

Və özümüz də bilmədən belə şiddət oyunlarını Vatsap, Tiktok vasitəsilə yayılmasında yardımçı oluruq.

Bütün bunlar çox düşündürücü və həyəcanlı problemlərdir. Bu hadisələrin fonunda ən əvvəl ailələr əziyyət çəkir. Bu gün ailələrin çoxu qumar, azart oyunlarına görə dağılır. Gənc bir adam bukmeker şəbəkəsinə qoşulur, sonra da borcunu qaytara bilməyib özünə qəsd edir.

Bu mənfi tendensiya və təsirlərin altına isə ilk növbədə işsizlər, dağılmış ailələrin uşaqları, intihara meyilli zəif xarakterli, işləmək istəməyən, asan yolla pul qazanmaq istəyənlər düşür.
 

Əlbəttə, ilk növbədə belə təsirlərin altına işsizlər, dağılmış ailələrin uşaqları, intihara meyilli adamlar, işləmək istəyib əsan yolla pul qazanmaq istəyənlər, valideynlərindən pul götürüb kazinoya gedirlər. Bütün bu meyillər gənclərə pis təsir edir. Biz azart oyunlarına görə yeni qanun tətbiq etmək istəyirik".
 

Müsahibəsinin sonunda nazir qeyd edib ki, Məclisdə bu məsələni müzakirəyə çıxarıblar ki, qumar oyunlarına qadağa qoyulsun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı