Modern.az

Prezidentliyə namizədlik iddasında olanlar 21-ə çatdı

Prezidentliyə namizədlik iddasında olanlar 21-ə çatdı

Aktual

31 Avqust 2013, 21:55

Avqustun 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildirilib ki, iclasda 2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rauf Zakir oğlu Quliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb. MSK Rauf Quliyevin namizədliyini təsdiq edib və Əlirza Kərimlini onun səlahiyyətli nümayəndəsi kimi qeydə alıb.
İclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hidayət Əşrəf oğlu Rüstəmbəylinin də namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Komissiya Sərdar Calal oğlu Məmmədovun prezidentliyə Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülməsini təsdiq edib və həmin partiya tərəfindən təyin olunmuş 4 nəfərin səlahiyyətli nümayəndə, 1 nəfərin isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə qərar çıxarıb.
Mərkəzi Seçki Komissiyası “Demokratik qüvvələrin milli şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən təyin olunmuş 20 nəfəri prezidentliyə namizədliyi təsdiqlənmiş Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi qeydə alıb.

Beləliklə namizədliyi təsdiqlənənən şəxslərin sayı 21 nəfərə çatıb. Bunlar aşağıdakılardır:

İlham Əliyev,
Əhməd Oruc,
İlqar Altay,
İqbal Ağazadə,
Fuad Əliyev,
Əli Əliyev,
Araz Əlizadə,
Qüdrət Həsənquliyev,
Hafiz Hacıyev,
Zahid Oruc,
Fərəc Quliyev,
Ərəstun Oruclu,
İsmayıl Yusufov,
Elşən Həsənov,
Qüdrət İsaqov,
İlyas İsmayılov,
İlqar Məmmədov,
Cəmil Həsənli,
Sərdar Cəlaloğlu,
Rauf Quliyev,
Hidayət Rüstəmzadə.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı