Modern.az

İranda “Qazi Qarabağ Azanı” səslənəcək

İranda “Qazi Qarabağ Azanı” səslənəcək

Aktual

16 Sentyabr 2013, 14:16


İrana işgüzar səfəri çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun bu ölkənin mədəniyyət və islami irşad naziri Əli Cənnəti və Ümumdünya “Əhli Beyt” Təşkilatının  sədri ayətullah Əxtəri ilə görüşlərində toxunulan mövzulardan biri də Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı və bu problemin həlli prosesində İran tərəfinin mövqeyi barəsində olub.

DQİDK-in mətbuat xidmətinin Modern.az-a məlumatına görə, komitə sədri işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən müştərək dini dəyərlərimiz, o cümlədən İslamın dini və mədəni abidələrinə qarşı vandalizm faktlarını həmsöhbətlərinin diqqətinə çatdıraraq, qardaş İranın nüfuzlu din xadimlərinin bu məsələyə İslam həmrəyliyi prinsipləri çərçivəsində münasibət bildirilməsinin vacibliyini xüsusi qeyd edib.

Nazir Ə.Cənnəti, İranın Qarabağın işğalını daima pislədiyini və bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirib. Qarabağ məsələsində İranın beynəlxalq təşkilatlarda Azərbycanın haqlı mövqeyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Elşad İskəndərov DQİDK tərəfindən dəstəklənən və Azərbaycanın bir sıra dini icmaları tərəfindən irəli sürülən “Qazi Qarabag Azanı” təşəbbüsü barəsində məlumat verib. Komitə sədri bildirib ki,  Dövlət Komitəsinin təklifi ilə Qarabağın işğalından əvvəl son dəfə verilən və Qarabağın azad ediləcəyi simvoluna çevrilən bu azanın Xocalı soyqırımını anım günündə müsəlman ölkələrinin paytaxtlarında Azərbaycanla həmrəylik rəmzi kimi səsləndirilməsi nəzərdə tutulur.
İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti təşəbbüsün təqdirəlayıq oldugunu və dəstəkləndiyini bildirib. Bununla əlaqədar təşəbbüsün İranda həyata keçirilməsi üçün hər iki tərəfdən zəruri təşkilati işlər planı razılaşdırılıb.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı