Modern.az

Üç dairədə müxalifət namizədləri rəqiblərini üstələyir

Üç dairədə müxalifət namizədləri rəqiblərini üstələyir

Aktual

26 Oktyabr 2015, 11:41


V çağırış Milli Məclisə keçiriləcək 1 noyabr seçkilərində keçmiş baş nazir Pənah Hüseyn və Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli də deputat mandatı uğrunda mübarizə aparır.

Hər iki şəxs deputatlığa namizəd olduqları dairələrdə böyük nüfuza malikdirlər.

63 saylı Sabirabad birinci seçki dairəsindən deputat mandatı əldə etməyə çalışan Azərbaycan Xalq Partiyasını sədri Pənah Hüseynə seçicilər daha çox etibar edir.

Bu barədə seçicilər Modern.az saytına bildiriblər. Qeyd olunub ki, Sabirabadı parlamentdə Pənah Hüseyndən yaxşı təmsil edən olmaz. Seçicilər inanırlar ki, Pənah Hüseyn Sabirabad sakinlərinin problemlərini daha çox qabardar və şikayətlərin lazımi instansiyalsra çatdırılması üçün ciddi səy göstərər.

Pənah Hüseynin sözügedən dairədə reytinqinin yüksək olması, üstəgəl seçicilərin problemləri ilə yaxında tanışlığı eks-baş nazirin parlamentə gedən yolu üçün “yaşıl işıq” hesab oluna bilər.

Eyni sözləri Vəhdət Partiyasının sədri Tahir Kərimli haqqında da qeyd etmək olar. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Tahir Kərimli də deputat olmaq üçün potensial fiqur sayılır.

Adıçəkilən dairənin seçicilərilə söhbət belə mühakimə yürütməyə əsas verir.

79 saylı İmişli seçki dairəsindən deputat adı qazanmaq uğrunda mübarizəyə qoşulan eks-deputat, Müsavat partiyasının üzvü İltizam Əkbərlinin də şansları çoxdur. Modern.az bir müddət bundan əvvəl yazmışdı ki, İltizam Əkbərli bu dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Əsabil Qasımovu da üstələyir.

Qeyd edək ki, Əsabil Qasımov mətbuata qapalı və Milli Məclisin “lal deputat”larından biridir. Onun qanunverici orqanda axırıncı dəfə nə qədər çıxış etdiyi bəlli deyil.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı