Modern.az

Paris terroru Rusiya və Qərbi İŞİD-ə qarşı birləşdirir - ŞƏRH

Paris terroru Rusiya və Qərbi İŞİD-ə qarşı birləşdirir - ŞƏRH

Aktual

17 Noyabr 2015, 10:56


Avropada demokratik prinsiplərin və “azadllıq, bərabərlik, qardaşlıq” ideyasının yarandığı, dünya tarxinin gedişatına bütün dövlərdə əsaslı təsir göstərmiş Fransa noyabrın 13-də “İslam dövləti” (İŞİD) terrorçularının amansız hücumu ilə sarsıldı. Son məlumatlara görə, 8 terrorçunun 3 ayrı-ayrı qruplar şəklində bir neçə yerdə koordinasiya olunmuş hücumlar törətməsi nəticəsində 132 nəfər həlak olub, 250-dən artıq insan isə xəsarət alıb.

Fransa tarixində misli görünməmiş terror aktları Vyanada noybarın 14-də Suriya böhranı ilə bağlı işə başlayan beynəlxalq konfrans və 15 noyabrda Türkiyənin Antalya şəhərində açılan “Böyük iyirmilik” sammiti ilə üst-üstə düşdü.

Ola bilsin ki, son aylarda müttəfiqlərin hava zərbələri və kürd qoşunlarının uğurlu quru əməliyyatları qarşısında çətin duruma düşən “İslam dövləti” Avropada aksiyalar gerçəkləşdirməklə əllərinin “uzun olduğunu”göstərməyə çalışıb və Qərb koalisiyasını “cəzalandırıb”. Amma əslində radikal qruplşama öz məhvini yaxınlaşdırmış oldu. Çünki bu terror aktları ilk növbədə Qərbə Rusiya ilə münasibətləri sürətlə nizamlamağa siqnal oldu.

“Böyük iyirmilik” sammitinin kluarlarında öncədən nəzərə tutulamasa da, Barak Obamanın Putinlə yarım saatlıq söhbət etməsi, Vyanada Suriya ilə bağlı danışqlarda ciddi irəliləyişin əldə olunması və Qərb liderlərinin Kreml haqda səsləndirdiyi mesajlar məhz Paris hadislərindən sonra baş verdi. Maraqlıdır ki, Krımın ilhaqından sonra Putinlə görüşlərdən uzaq gəzən Barak Obama rəsmi Moskvanın Suriyadakı hava əməliyyatları haqda pozitiv mesajlar da verdi.

Qərb Rusiyanın geopolitik gücünü, Suriyadakı böhranın həllində onun açar rola sahib olduğunu anladı. Digər tərəfdən məhz Suriya münaqişəsinin həlli Avropada terror aktlarına son qoylumasına və “qoca qitə”ni son illər üzləşdiyi ən təhlükəli geosiyasi təhdidlərdən olan miqrant böhranınından azad edə bilər.

Ona görə Suriya böhranının həll olunması dünya liderlərinin qarşısında duran 1 nömərli məsələyə çevrilib. “Böyük iyirmiliyin” hələ ki, başa çatmamış Antalya sammiti bu mənada başlanğıc rolunu oynaya bilər. Vyana və Antalya görüşləri Suriyada keçid hökumətinin formalaşmasını, seçkilərin vaxtını və s. artıq müəyyən edib. Rusiya bu təkliflərlə razı olduğunu bəyan etsə də, Bəşər Əsədin hakimiyyətdən dərhal getməsini qəbul etmir. Sivil dünyanın gözündə legitimliyini itirmiş Əsədin Suriyanın gələcəyində rolu müəyyən olunduqdan sonra tam əsasla münaqişənin nizama salınacağını demək olacaq.

Beləliklə, Paris terrorundan sonra ABŞ-ın Fransa, Britaniya, Türkiyə, Ərəb dövlətləri, Rusiya və hətta İranla ittifaq yaradacağını və yaxın illərdə “İslam dövləti” qruplşamasının varlığına son qoyacağını demək olar. Daha bir önəmli məsələ Avropanın müharibədən qaçan miqrantlara qarşı sərt tədbirlər paketi hazırlaması ilə bağlıdır. Belə ki, Paris terrorçularından 2-si əvvəllər Suriyada döyüşüb və onlardan biri ötən ilin oktyabrında qaçqın kimi Belçikaya, oradan isə Fransaya gəlib. Bu isə o deəmkdir ki, Avropanın maneəsiz öz ərazisinə buraxdığı miqrantların sayı kəskin azalacaq. Onsuz da ölkələrində mühacirlərin həddindən artıq çox olmasından şikayətlənən avropalılar indi həm də onların potensial terrorçu olmasından şübhələnəcək..    


Maraqlıdır ki, ölkəsinə çoxlu sayda miqrant buraxan Angela Merkel reytinqinin ən aşağı dövrünü yaşayır. Əksinə, antimiqrant yanaşması ilə seçilən İsveçrə, Hollandiya, Çexiya və Şərqi Avropa ölkələri isə dövlət başçlarına bu məsələdə tam etimad göstərirlər.

Parisdəki terror aktları fonunda bütün bu arqumentləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, “İslam dövləti” din pərdəsi altında növbəti dəfə müsəlman dünyasına ağır zərbə vurdu və Qərbdə anti-İslam əhval-ruhiyyəsini yüksəltdi, digər tərəfdən isə bütün sivil dünyanın, o cümlədən mötədil müsəlmanların nifrətini qazanaraq öz məhvolma anını bir az da yaxınlaşdırdı.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı