Modern.az

Müəllimləri kim aldatdı?

Müəllimləri kim aldatdı?

Aktual

18 Yanvar 2016, 11:06

Onlar cavab gözləyir 

Təhsil Nazirliyi respublikanın ümumi orta təhsil sistemində çalışan müəllimlərin bacarıqlarının artırılması istiqamətində bir sıra addımlar atır.

Belə tədbirlərdən biri də müəllimlərin İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə bacarıqlarının artırılmasıdır.

Ötən il orta məktəb müəllimləri üçün də belə kursların keçirilməsi davam etdirilib. Kurslardan biri də 28 sentyabr-12 oktyabr tarixlərində olub.

Kəlbəcər rayonunun orta məktəblərində çalısan müəllimlər üçün təşkil olunan kurslar Bakı şəhəri 18 saylı orta məktəbdə baş tutub. Kursların təşkili zamanı müəllimlərə verilən məlumata görə, kursu müvəffəqiyyətlə bitirən müəllimlər, sertifikatla yanaşı, topladığı bala uyğun olaraq notebook, elektron lövhə və digər hədiyyələrlə mükafatlandırılacaq.

Həmçinin, kursun təşkilatçısının Təhsil Nazirliyi olduğu vurğulanıb. Amma iştirakçılara verilən ədəbiyyat "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi tərəfindən hazırlanıb. Keçirilən kursun sonunda imtahan olub və cavablar şifahi elan edilib. Bundan sonra hər hansı məlumat almaq mümkün olmayıb.

Həmin kurs zamanı verilən telefon nomrəsindən isə müəllimlərə Təhsil Nazirliyinə müraciət etmək tövsiyyə edilir. Həmçinin, imtahanın rəsmi nəticələri və yuksək bal toplayanların mükafatlarını Təhsil Nazirliyinin acıqlayacağı bildirilib. İmtahanların keçirilməsindən 3 aydan artıq vaxt keçsə də, müəllimlərə nə sertifikat verilib, nə də vəd edilən mükafatlar.

Həmin kursları tədris edənlərin müəllimlərə verdiyi qaynar xətt (0552591415) telefonundan bildirirlər ki, müəllimlərə cavabı Təhsil Nazirliyi verəcək. Həmçinin, müəllimlərə sertifikat və kompyuter, elektron lövhə verilməsi məsələsini də Təhsil Nazirliyi həll etməlidir. Təhsil Nazirliyindən isə bildirirlər ki, nazirlik ancaq təşkilatçı olub kurslar isə “Mədəd” təşkilatı tərəfindən keçirilib. Amma məsələnin digər tərəfi də var.

Müəllimlər üçün keçirilən təlimlərin əksəriyyətinin təşkilatçısı Təhsil Nazirliyi, həyata keçirən isə Qeyri-Hökumət Təşkilatları olur. Həmin təşkilatlar isə bu kursları keçmək üçün maliyyəni Təhsil Nazirliyindən alır. Demək, nazirliyə təqdim olunan layihələrdə kursların sonunda uğur qazanan müəllimlərə sertifikat və yuxarıda qeyd etdiyimiz hədiyyələin verilməsi nəzərdə tutulub və buna uyğun vəsait ayrılıb.

Dövlət Büdcəsindən ayrılan bu vəsaitin xərclənməsində isə səmərəliliklə yanaşı, şəffaflıq da gözlənilməlidir. İndiki halda isə bu təşkilat ya maliyyə aldığı Təhsil Nazirliyini, ya da kurs keçdiyi pedaqoji kadrları aldadıb. Yaxud da təşkilatın açıqladığı kimi məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür və nazirlik bu məsələyə görə tabeçiliyində işləyən müəllimlərə açıqlama verməlidir. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı