Modern.az

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Allah rəhmət eləsi̇n

27 Dekabr 2021, 23:53

Əməkdar artist Zilli Namazov uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə aktyor, Xalq artisti Kazım Abdullayev sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

 

O bildirib ki, Əməkdar artist axşam saatlarında dünyasını dəyişib.

 

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976-cı ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı