Modern.az

Bişkekdə qəzaya uğramış təyyarənin 4-cü ekipaj üzvünün cəsədi tapılıb

 Bişkekdə qəzaya uğramış təyyarənin 4-cü ekipaj üzvünün cəsədi tapılıb

Dünya

17 Yanvar 2017, 09:29

Qırğızıstanın “Manas” hava limanı yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin 4-cü türk ekipaj üzvünün cəsədi tapılıb. Modern.az saytının xəbərinə görə, bu haqda “RİA Novosti”nin məlumatında bildirilib.

Yanvarın 16-da səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı