Modern.az

Türkiyədə şagirdlərə atəş açıldı: 7 yaralı

Türkiyədə şagirdlərə atəş açıldı: 7 yaralı

Dünya

27 Dekabr 2017, 23:43

Türkiyədə məktəbdə silahlı insident olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Qaziantəp şəhərində qeydə alınıb. Naməlum şəxsin məktəbin həyətində tüfəngdən atəş açıması nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar  xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı