Modern.az

İŞİD lideri ağır yaralıdır

İŞİD lideri ağır yaralıdır

Dünya

13 Avqust 2018, 22:27

İŞİD terror təşkilatının qurucusu və lideri Əbu-Bəkir əl-Bağdadi yaralanıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, əl-Bağdadinin vəziyyətinin ağır olduğu iddia olunur.

 

Əbu-Bəkir əl-Bağdadinin İraq Hava Qüvvələrinin İŞİD-ə etdiyi hava hücumları nəticəsində yaralandığı, çox sayda terrorçunun öldüyü deyilir.

 

Qeyd edək ki, ötən il Rusiyanın aviazərbələri zamanı Bağdadinin öldüyü açıqlanmış, lakin sonradan bu fakt təsdiqini tapmamışdı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı