Modern.az

Çavuşoğlu Ərdoğanın səhhətindən DANIŞDI

Çavuşoğlu Ərdoğanın səhhətindən DANIŞDI

جهان

8 Fevral 2022, 17:55

"Prezidentimizin səhhəti çox yaxşıdır. Davamlı olaraq telefon danışıqları aparır".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) planlaşdırılan səfərinə də toxunub. Onun sözlərinə görə, bu, testlərin nəticələrindən asılıdır:

 

"Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”.

 

Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un "Omicron" ştamına yoluxub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı