Modern.az

Ermənistanda prezident seçkilərin tarixi AÇIQLANDI

Ermənistanda prezident seçkilərin tarixi AÇIQLANDI

Dünya

18 Fevral 2022, 10:48

Ermənistanda Prezident seçkilərinin tarixi açıqlanıb.

 

Modern.az xəbər verir ki, hakim Vətəndaş Razılaşması Partiyasının adının açıqlamayan nümayəndəsi “Joquvurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

 

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

 

Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

 

Ermənistan Prezidenti parlamentdə seçilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı