Modern.az

Rusiyalı deputatlara sanksiya tətbiq edildi

Rusiyalı deputatlara sanksiya tətbiq edildi

Dünya

3 May 2022, 00:24

Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə və 18 maliyyə qurumuna sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Maxuta məlumat verib.

 

O qeyd edib ki, Yeni Zelandiya Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı fəaliyyətini dəstəkləyənlərə yeni sanksiyalar tətbiq edib.

 

Məlumata görə, sanksiya siyahısına Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu, “Alfa-bank”, “Rossiya” bankı, Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı, Moskva Kredit Bankı, “Qazprombank”, “Sberbank”, “Sovkombank”, “Novikombank”, “Rosselxozbank”, Rusiya Kommersiya Bankı (Krımda yerləşən), “Venşekonombank” və VTB daxil edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı