Modern.az

Rusiya təyyarəsinin partladıldığı rəsmən təsdiqləndi

Rusiya təyyarəsinin partladıldığı rəsmən təsdiqləndi

جهان

17 Noyabr 2015, 12:51

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus A321 sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi terror aktıdır. Modern.az saytı Rusiya mediasına istinadən bildirir ki, o, Təhlükəsizlik Şurasının iclasında belə  deyib: “ Demək olar ki, bu terror aktıdır”.

Aleksandr Bortnikovun sözlərinə görə, təyyarədə gücü 1,5 kiloqram olan əldəqayırma partlayıcı qurğu işə düşüb: “Nəticədə təyyarənin havada parçalanması baş verib”.

FTX-nın rəhbəri deyib ki, ekspertlər təyyarənin qalıqları arasında partlayıcı qurğu hissələri aşkarlayıblar.

Airbus A321 oktyabrın 31-də Sinay yarımadasının şimal hissəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin, 7 ekipaj üzvü olub. Ən balacası 10 aylıq olmaqla 20 uşaq və göyərtədəki digər insanların hamısı qəza nəticəsində həlak olublar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı