Modern.az

Sakit okeanda 7.0 bal gücündə zəlzələ baş verib

 Sakit okeanda 7.0 bal gücündə zəlzələ baş verib

Dünya

18 Noyabr 2015, 23:24

 

Sakit okeandaki Solomon adalarının sahillərində 7,0 bal gücündə zəlzələ baş verib. Modern.az saytı  RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Dadali şəhərindən 80 km. cənuib-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 10 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan olunmayıb.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı