Modern.az

Narkoticarətçi qadınlar Azərbaycana narkotiki bu yerlərində daşıyırmışlar...

Narkoticarətçi qadınlar Azərbaycana narkotiki bu yerlərində daşıyırmışlar...

Country

15 Yanvar 2011, 15:43

Azərbaycan Respublikası gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2010-cu ildə 17215 hüquqpozma faktı aşkar edilib. Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu faktlardan 264-ü (2009-cu illə müqayisədə 1,63 dəfə çox) cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 milyon 42 min 375 manatdan çox təşkil edib.
Bu əməllərin törədilməsində şübhəli bilinən 294 nəfərin (224 Azərbaycan vətəndaşı, 70 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Cinayət faktlarından 61-i Biləsuvar, 54-ü Astara, 35-i BBGİ, 25-i HNBGİ, 23-ü Xaçmaz, 20-si Avtonəqliyyat, 19-u Tovuz, 11-i Balakən, 10-u DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi, 3-ü Culfa, 1-i Yevlax, 1-i Xudafərin, 1-i Şahtaxtı gömrük idarələri tərəfindən aşkar olunub.

2010-cu il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunub ki, bu da 2009-cu ildə aşkar olunmuş faktlarla müqayisədə 2,26 dəfə çoxdur. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 142 nəfəri kişi, 16 nəfəri qadın olmaqla, ümumilikdə 158 nəfər barəsində müvafiq tədbirlər görülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 123-ü Azərbaycan, 32-si İran, 2-si Rusiya, 1-i Gürcüstan vətəndaşları olub.
2010-cu ildə aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərdiklərini təsdiq edir. 
Hesabat ilində narkotik axtarışı üzrə kinoloji itlərin tətbiqi nəticəsində 11 fakt aşkar olunmuş və narkoqaçaqmalçılardan 10 kq 429 qram narkotik götürülüb.

İl ərzində narkotiklərin keçirilməsi üçün narkoqaçaqmalçıların çox müxtəlif gizlətmə üsullarından istifadə etdikləri müəyyənləşdirilib. Belə ki, narkotiklər 18 halda daxili orqanlardan (mədə, düz bağırsağ və qadın cinsiyyət orqanlarından), 16 halda müxtəlif heyvan fiqurlarının içərisindəki xüsusi düzəldilmiş gizli yerdən, 7 halda ikiqat içlikli çamadanlardan, 3 halda şəkil və qapı çərçivələrindən aşkar olunmuş, bununla yanaşı yapışqanlı lentlə bədənin (o cümlədən, azyaşlı uşaqların bədəninin) müxtəlif hissələrinə bağlamaqla, divar saatında, təkər içərisində, yanacaq çənində, samovar borusunda, siqaret qutusunda, ayaqqabı dabanında, mobil telefonun içərisində, şirə qutusunda, avtomobillərin müxtəlif hissələrində, müxtəlif yüklərin içərisində, paltarlara hopdurmaqla və digər üsullarla keçirməyə cəhdlərin qarşısı alınıb.
Aşkar olunmuş faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib.

2010-cu ildə Azərbaycan və İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzit keçirilməklə hava nəqliyyatı ilə (Bakı-İstanbul, Bakı-İstanbul-Kuala-Lumpur, Bakı-Moskva-Banqkok aviareysləri ilə) digər ölkələrə metamfetamin maddəsinin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdlərlə bağlı 4 fakt aşkar edilib, 17 kq 272 qram güclü təsirə malik metamfetamin psixotrop maddəsi qanunsuz dövriyyədən çıxarılıb.

2010-cu il ərzində aşkar olunmuş 16951 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 509 hüquqi şəxs (o cümlədən, 153 xarici hüquqi şəxs) və 16471 fiziki şəxs (o cümlədən, 10569 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 342 min 659 manatdan çox cərimə tətbiq olunmaqla, dəyəri 179 min 143 manat olan mallar müsadirə edilib.

"Valyuta tənzimi haqqında" qanuna və digər qanunvericilik aktlarına əsasən, valyuta nəzarəti orqanı olan gömrük oranları rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 1 556 192 ABŞ dolları, 210 100 avro, 16 611 717 rus rublu, 7470 Azərbaycan manatı, külçə və zinət əşyaları şəklində 2 kq 805 qram qızıl, 14 kq 275 qram gümüş, 2633 karat brilyant daşlar tutulub.

Bundan əlavə gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd "Makarov" tipli tapança və onun patronları, 2483 ədəd mobil telefon, 2824 ədəd pirotexniki vasitələr və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbirlər görülüb

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı