Modern.az

Ölkədə 295 mehmaxana işləyir...

Ölkədə 295 mehmaxana işləyir...

Ölkə

15 Yanvar 2011, 17:05

Keçən il 21 yenisi açılıb, 1-i bağlanıb

2010-cu il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 38 huquqi və fiziki şəxs tərəfindən təqdim olunan sənədlərə baxılıb və onlara turizm fəaliyyətinə dair lisenziya verilib. Modern.az nazirliyə istinadən bildirir ki, hal-hazırda respublikada 207 turizm şirkəti fəaliyyət gostərir. Ötən il 21 hüquqi və fiziki şəxsə mehmanxana fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Hal-hazırda respublika ərazisində Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət gostərir. Eyni zamanda, 16 mehmanxana və mehmanxana tipli obyekt dovlət təsnifatından kecirilib və onların sayı 77-yə catdırılıb.

Ötən il yalnız “Hyrcan Touroperator-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası ləğv edilib. Buna səbəb MMC-nin fəaliyyət gostərdiyi muddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kecirilən tədbirlərdə iştirak etməməsi, lisenziya alınması üçün bağlanmış müqavilənin şərtlərinə əməl olunmaması olub.

Qurumun turizm fəaliyyətinə verilmiş lisenziya Mədəniyyət və Turizm Nazirliyinin 311 nomrəli əmrinə əsasən ləğv edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı