Modern.az

Adil Qeybulla: "... bax o insanlar bizimlə birlikdə ola bilərlər”

Adil Qeybulla: "... bax o insanlar bizimlə birlikdə ola bilərlər”

Ölkə

21 Yanvar 2011, 17:13

Müsavat Partiyasının sabiq funksioneri Adil Qeybulla Modern.az saytına açıqlamasında deyib ki, onun AXCP-yə keçəcəyi barədə xəbərlər yalnız şayiədir. “Mənim belə bir fikrim yoxdur”.

A.Qeybulla söyləyib ki, belə şayiələrlə AXCP-Müsavat arasına geniş sədd çəkmək düzgün deyil” “Amma kiminsə bir partiyadan digərinə keçməsində də bir qəbahət görmürəm. Dünyanın bütün normal ölkələrində belə proseslərə rast gəlmək mümkündür. Bizdə istər müxalifətdaxili olsun, istərsə də iqtidar-müxalifət münasibətləri olsun, heç də normal məcrada deyil”.

Eks müsavatçı siyasi fəaliyyəti haqda danışarkən bildirib ki, bundan sonra heç bir partiyanın üzvü olmayacaq və fəaliyyətini müstəqil şəkildə davam etdirəcək.

Yeni qurum yaratmaq fikrində olduqlarını söyləyən A.Qeybulla bildirib ki, onun ictimai-siyasi təşkilat olacağını deyib. “Təşkilatımız fəaliyyətində Müsavat ideologiyasına əsaslanaraq sırf müxalifətyönlü olacaq. Kim Müsavat ideologiyasını qəbul edir, kim müxalifət yolunu tutur, o insanlar bizimlə birlikdə ola bilərlər”.

A.Qeybulla Müsavatdan istefa verən funksoinerləri qınayan fikirlərə də münasibət bildirib: “Təəssüflər olsun ki, cızılmış konturlardan bir az kənara çıxanlar, stereotipi pozmağa çalışanlar dərhal xəyanətkar damğası ilə üzləşirlər. O baxımdan mən bunu düzgün saymıram, mən hesab edirəm ki, bu siyasi mədəniyyətin yüksək səviyyədə olmamasından irəli gəlir”.

A.Qeybulla “bir daha təkrar edirəm, məqsədimiz Müsavat Partiyasını parçalamaq olmayıb” deyib.

“Partiyada fikir ayrılıqları olduğundan biz bir yerdə fəaliyyət gösrətməyi uyğun hesab etmədik. Amma yenə də yolumuz eyni qalır. Bizim fəaliyyətimiz demək olar ki, anoliji istiqamətdə davam edəcək”.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı