Modern.az

“Dövlətqaçqınkom”: “…həmin evlər yiyələrinə qaytarılacaq”

“Dövlətqaçqınkom”: “…həmin evlər yiyələrinə qaytarılacaq”

Country

28 Yanvar 2011, 14:24

“Qaçqın və məcburi köçkünlərin Bakıda yerli sakinlərin evlərində yerləşməsi ilə bağlı indiyədək 14 şikayət təmin olunub”. Bu sözləri Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyib.

“Yerli sakinlərin evində məskunlaşan 14 məcburi köçkün üçün “Gənclik” şəhərciyində ev alınıb və onlar orada yerləşdilib. Köçkünlərin məskunlaşdığı evlər də əvvəlki sahiblərinə qaytarılıb”.

S.Hüseynov qeyd edib ki, hazırda yerli sakinlərin evlərində məcburi köçkünlərin məskunlaşması ilə bağlı Avropa Məhkəməsinə edilən 10 şikayət məktubuna baxılıb və qərar qəbul olunub.

“Həmin sakinlərin də şikayətlərinin təmin olunması üçün hökümət müzakirələr aparır. Yerli sakinlərin evlərində yaşayan məcburi köçkünlər evlə təmin olunduqdan sonra həmin evlər də yiyələrinə qaytarılacaq”-deyə S.Hüseynov vurğulayıb.

Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı