Müsavat Partiyasının başqanı İsa Qəmbər ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Müsavat başqanı 2 aprel mitinqi ilə bağlı yaradılmış istintaqa şahid qismində ifadə vermək üçün aprelin 29-da saat 11.00-da BŞBPİ-də olmalıdır.
AXCP sədri Əli Kərimli də ikinici dəfə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Partiyadan bildirblər ki, Ə.Kərimli də 2 aprel mitinqi ilə bağlı istintaqa şahid qismində ifadə verəcək. AXCP sədri aprelin 28-də saat 15.00-da BŞBPİ-də olacaq.
Qeyd edək ki, bir neçə gün öncə 2 aprel mitinqi ilə bağlı yaradılmış istintaqa şahid qismində ifadə verən İsa Qəmbər 6 saat, Əli Kərimli isə 8 saat Bakı Şəhər Baş Polis İdarəsində saxlanılmışdı.
Modern.az