
Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir.
“Rayonlar nəyi ilə tanınır..?” laiyihəsi çərcivəsində müxtəlif rayonlar haqqında söhbət açmışıq. Bu həftə də Tərtər rayonun nə ilə tanındığı öyrənməyə çalışdıq...
“Bu rayonun adı çəkiləndə vətənə sevgi yadıma düşür”
İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslının sözlərinə görə, Tərtər rayonu deyəndə sərhəd yadına düşür. “İnsanları yadıma düşür, insanların düşüncələri yadıma düşür, düzdür bu rayondan tanınmışlar çoxdur, ancaq mən bu tanınmışlara görə yox, insanların fikrində olan qələbə hissini xatırlayıram”.
Tərtərlilərin vətənə bağlı insanlar oluğunu deyən həmsöhbətimiz qeyd etdi ki, sərhəd bölgəsi olmasına baxmayaraq buranın insanları öz torpaqlarını qoruya bilirlər. “Sərhəd zonası olmasına baxmayaraq insanları Bakıya axışmayıb, vətənə bağlı insanlardır. Bu rayonun adı çəkiləndə vətənə sevgi yadıma düşür”.
Bütün rayonların insanlarında bir-birinə oxşar xüsusiyyətlərinin çox olduğunu deyən İDP sədri qeyd etdi ki, anaya, vətənə sevgi, bağlılıq Tərtər insanlarında da özünü biruzə verir. “Qonaqpərvərlik, insanların dini sevməsi tərtərliləri fərqləndirən xüsusiyyətlərdir”.
“Düşmənlə üz-üzə olan rayon xatırlayıram”
“Qafqazinfo” saytının baş redaktoru Elbrus Seyfullayev söylədi ki, Tərtər deyəndə cəbhə bölgəsi, hər gün atəşkəsin pozulduğu və düşmənlə üz-üzə olan rayon xatırlayır. “Bir dəfə Tərtərə getmişdim. Yırtıq-deşik divarlar görmüşəm”.
Baş redaktorun sözlərinə görə, Tərtər eyni zamanda Sərdar Həmidovu, Tapqaraqoyunlu kəndini, tələbə yoldaşlarını da ona xatırladır. Tərtər bir neçə yüz il yaşı olan çınarı da müsahibimizə bu rayonu xatırladır.
Tərtər rayonun insanlarını fərqləndirən xüsusiyyətlərə gəlincə, E.Seyfullayev bir neçə dəfə Tərtərdə olduğunu və insanların qonaqpərvərliyinin diqqət çəkdiyini söylədi.
“Xüsusi bir cəhət yoxdur ki, Tərtər insanlarını fərqləndirsin. Çox sıx münüsibətim olan rayon deyil. Ancaq qonaqpərvər insanlar olduğunu deyə bilərəm”.
“Bu rayon haqqında təəssüratım yoxdur”
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov qeyd etdi ki, Tərtər rayonun onun yaddaşında xüsusi bir cəhəti ilə qalmayıb. “Xüsusi bir hal yoxdur ki, Tərtər yadımda qalsın. Bilirəm ki, müharibə bölgəsidir”.
Rayonun insanlarını fərqləndirən cəhətin olub-olmamasına gəlincə, S.Şərifov “deməzdim bu rayonun insanları fərqlənir. Son dövrər məcburi köckünlərlə qarşıdurmaları olub. Amma mən bunu bütün tərtərlilərin ayağına yazmazdım. Başqa bir təsüratım yoxdur” dedi.
“İnsanları bu rayonu qoruyub saxlaya bilib”
Tərtər haqqında fikir söyləyən millət vəkili Çingiz Qənizadə bu rayonun Qarabağın gözəl güşələrindən biri olduğunu qeyd etdi. “Eyni zamanda ermənilərlə sərhəd bölgəsində olan rayondur. Hər gün atəşkəsə məruz qalır. Buna baxmayaraq onların insanları bu rayonu qoruyub saxlaya bilir”.
Millət vəkili hesab edir ki, sadəlik, qonaqpərvərlik və səmimilik tərtərlilərin əsas xüsusiyyətləridir. “Bütün rayonun insanları təbi ki, bir-birinə oxşamır. Bu rayondan da dostlarım var. Hesab edirəm ki, sadə, qonaqpərvər, səmimi insanlardır”.
Sədaqət SÜLEYMANOVA