Modern.az

Abşeronun 10 min hektar torpağı üç rayon arasında bölüşdürüləcək

Abşeronun 10 min hektar torpağı üç rayon arasında bölüşdürüləcək

Ölkə

24 May 2011, 14:49

Sovet dövründə yaradılan Abşeron rayonu kənd təsərrüfatı rayonu olduğu üçün Bakının kənd təsərrüfatı olan əraziləri də Abşerona verilmişdi.

Müstəqillikdən sonra həmin ərazilərdə aqrar sahə ilə bağlı işlər demək olar ki, dayandırıldı. Bundan sonra həmin ərazilərin  Abşerondan alınıb Bakının digər rayonlarına verilməsi gündəmə gəldi və arada ciddi mübahisələr yarandı.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri Lütfi Məhərrəmov Modern.az-a bildirib ki, Abşeronun vaxtilə Sumqayıt və Bakını meyvə-tərəvəzlə təmin etmək üçün yaradılıb.
“Lakin indi cənab Prezidentin fərmanı ilə 10 min hektar ərazi Abşeron rayonundan ayrıldı və Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Burada konkret olaraq ərazilər göstərilib. Hazırda iş gedir, bundan sonrakı mərhələdə Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaqları bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinə ayırmalıdır. Bu da qurumun üzərinə düşən öhdəlikdir”.

L.Məhərrəmovun sözlərinə görə, Abşerondan alınan torpaqlar Bakı şəhərinin Xətai, Suraxanı, Xəzər rayonlarının ərazisindədir.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı