Modern.az

Elmar Məmmədyarov Prezidentin məktubunu açıqlamaqdan imtina edib

Elmar Məmmədyarov Prezidentin məktubunu açıqlamaqdan imtina edib

کشور

18 İyul 2011, 14:54

XİN rəhbəri “məktubu aça bilmərəm” deyib və erməni tərəfinin cavabını gözləməyə çağırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münqişəsinin həllinə dair Rusiya prezidenti Dmitri Medvedevə göndərdiyi təkliflərlə bağlı cavabı rəsmi Moskvaya çatıb.

Modern.az “RİA-Novosti”yə istinadən bildirir ki, məlumatı bu günkü mətbuat konfransında Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib. O qeyd edib ki, cavabı azərbaycanlı həmkarı Elmar Məmmədyarov bu gün ona çatdırıb.

“Bu gün Elmar mənə Azərbaycan Prezidentinin cavab məktubunu verdi. Biz şübhə etmirik ki, bu münaqişə bölgənin gündəlyində ən prioritet məsələdir”-deyə Lavrov bildirib.

Elmar Məmmədyarov Azərbaycan Prezidentinin cavab məktubunun detallarını açmaqdan imtina edib.  “Detalları tam aça bilmərəm. Bunu mənim Prezidentim Dimitri Medvedevə yazıb. Detalları açmaq düzgün olmaz”-deyə Məmmədyarov vurğulayıb. S.Lavrov isə öz növbəsində deyib ki, “hələ heç Medvedyev bu cavabı özü oxumayıb”.

Məmmədyarov əlavə edib ki, “erməni tərəfinin yazacağı cavabı da gözləmək lazımdır”. “Bütövlükdə biz hesab edirik ki, Kazanda inkişaf olub. Əlbəttə, hamı istəyərdi ki, bu irəliləyiş olsun, amma hər halda biz mütəmadi rejimdə və ardıcıl olaraq ona doğru hərəkət edirik”-deyə XİN rəhbəri vurğulayıb.

Məmmədyarov bildirib ki, “hamı başa düşür ki, hazırkı situasiya vasitəçiləri qane etmir. Hazırkı situasiya artıq bizim qonşuları da qane etməməyə başlayıb”.

“Bu baxımdan biz irəliyə doğru hərəkət etməliyik”-deyə XİN rəhbəri bildirib. 

X. SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı